Gecə görmək üçün damla...

Bu kəşf dənizin dərinliklərində yaşayan balıqların gözlərindən əldə edildi
Amerikalı elm adamları qaranlıqda görməyi təmin edən damla kəşf etdi. Bir neçə saat boyunca zülmət qaranlıqda görməyi təmin edən damla yaxın zamanlarda bazara təqdim edilə bilər.
Amerikalı elm adamlarının araşdırması, dənizin dərinliklərində, işığın olmadığı bölgələrdə yaşayan balıqların gözlərindən əldə edilən, gecə korluğunun və bəzi xərçəng növlərinin müalicəsində istifadə edilən ‘Chlorin e6 (Ce6)’ adlı bir kimyəvi maddə ehtiva edən damlanın gözlərə töküldüyündə, zülmət qaranlıqda da görməyi təmin edə bildiyini ortaya qoydu. Elm adamları damlaya bu maddənin yanında insilin və dimetil sülfoksid maddəsini də əlavə etdi. Araşdırmaya imza atanlardan biokimya mütəxəssisi Gabriel Licinanın retinasına damızdırılan maye sayəsində elm adamının 50 metrə qədər bir sahədə insan və obyektləri ayırd edə bildiyi məlum oldu. Bir neçə saat sonra Licinanın gözlərinin normal halına döndüyü və işıqlıqda da problem yaşamadığı ifadə edildi. Təcrübələrin davam edəcəyini ifadə edən alimlər işin gecə xilasetmə- qurtarma işlərinə köməkçi ola biləcəyini vurğuladı. Araşdırmaçılar, bir neçə saat təsir göstərən Ce6-ın təcrübələr nəticəsində istənilən nəticə edilsə, şüşələr halında satıla biləcəyini düşünür. Göz qapaqları ilə göz kürəsi arasında damızdırılan 50 mikrolitre Ce6, idarə qrupuyla sınandığında obyektlərin üçdə birinin uğurla təsbit edilə bilməsini təmin etdi. Licina isə 100 faiz obyektləri seçə bildi.
Gecə görüntünü təmin edən damlanın bir saat içində təsirli olmağa başladığı və ilk olaraq 10 metrə, ardından 50 metrəyə qədər görüntünü verdiyi ifadə edildi.