Əslində OPEK-ə daxil olan ölkələrin və Rusiyanın ötən həftə neft hasilatını bir milyon barel azltması haqqında qərarından sonra neftin qiyməti aşağı düşməli idi. Hətta ilk günlər neftin qiyməti 73 dollara qədər endi. Amma son vaxtlar ABŞ-ın İrana yeni sanksiyası neftin qiymətlərinin yenidən yüksəlməsinə səbəb oldu. Bundan başqa Liviyada mərkəzi hakimiyyətin diktəsi altında olan neftlə zəngin yataqların yerli qrupların, yəni silahlı dəstələrin əlinə keçməsi neftin qiymətlərini dərhal artırdı.
"Gələn il neftin qiyməti 60-65 dollar həddində sabitləşə bilər" - PROQNOZ
12:31 29.06.2018
Arxiv
811
"Neftin qiymətlərinə təsir göstərən amillər bu cür davam etsə, yaxın vaxtlarda qiymətlər 80-85 dollar olacaq”
Bu sözləri "Sherg.az”a neftin qiymətinin bahalaşması ilə bağlı danışarkən iqtisadçı-ekspet Natiq Cəfərli söyləyib.
Onun qənaətincə, neft qiymətləri siyasi və hərbi hadisələrlə bağlıdır:
"Dünyada baş verən siyasi hadisələr birbaşa neftin qiymətinə təsir göstərir. Beləliklə də, neftin qiymətində belə bir diaqramla qarşılaşırıq. Bundan başqa dünyada neft kontraktlarını alıb -satan fiziki şəxslərin sayının yüz milyonu keçməsi, bazarın dalğalı olmasına və qiymətlərin hər hansı xəbərə sərt reaksiya verməsinə səbəb olur.
Əslində OPEK-ə daxil olan ölkələrin və Rusiyanın ötən həftə neft hasilatını bir milyon barel azltması haqqında qərarından sonra neftin qiyməti aşağı düşməli idi. Hətta ilk günlər neftin qiyməti 73 dollara qədər endi. Amma son vaxtlar ABŞ-ın İrana yeni sanksiyası neftin qiymətlərinin yenidən yüksəlməsinə səbəb oldu. Bundan başqa Liviyada mərkəzi hakimiyyətin diktəsi altında olan neftlə zəngin yataqların yerli qrupların, yəni silahlı dəstələrin əlinə keçməsi neftin qiymətlərini dərhal artırdı. Dünyada baş verən bu cür siyasi və hərbi hadisələrdən dolayı neftin qiymətləri hər zaman belə enişli-çıxışlı olur. Düşünürəm ki, neft qiymətlətində sabitliyin olmasına dünya bazarlarında müəyyən ehtiyac yaranıb. Həmçinin neft istehsalçıları və istehlakçıları belə bir sabitliyin yaranmasına maraqlıdır. Bir müddətdən sonra siyasi məsələlərin arxa plana keçməsi ilə əlaqədar neftin qiymətlərində enmələrlə yanaşı müəyyən sabitləşmə dövrü başlayacaq. Beləliklə də neftin qiyməti 60-70 dollar arasında sabitləşəcək.
Bunun da istehsalçıları və istehlakçıları qane edəcəyini düşünürəm. Dünyada baş verən siyasi hadisələr və İranda hərbi əməliyyatlar yenə davam edəcəksə, o zaman neftin qiyməti 80-85 dollar həddinə kimi qalxacaq. Əgər sırf iqtisadi məsələlər təsir edərsə, qiymət daha sabit və uzun müddətli olacaq”.
Neftin gələnilki qiymətlərinə toxunan N.Cəfərli onu da bəyan edib ki, gələn il Yaxın Şərq ölkələrində İran, İraq, Səudiyyə Ərəbistanı, Suriyada siyasi çəkişmələr səngisə, neftin qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşmalar müşahidə olunacaq:
"Bundan başqa OPK ölkələri, Rusiya, ABŞ, hətta Kanada da hasilatı artırır. Bununla bağlı neftin qiymətləri enəcək. Həmçinin gələn il Qazaxıstanda təqribən günə bir miliyon barel əlavə neft hasil olunacaq. Həm hasilatın artması, həm də siyasi gərginliklər aradan qalxsa, neftin qiymətləri 60-65 dollar həddində sabitləşməsinə şərait yaradacaq”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət