Gəncədə mikroavtobus qəzaya uğradı: 18 nəfər xəsarət alıb





Gəncədə sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 18 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, xəsarət alanlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan iki nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Xəsarət alanlardan bir nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, sərnişin daşıyan mikroavtobusun əyləc sistemi işləmədiyi üçün qəza baş verib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.