Girov prokuror öldü

İstanbulda girov götürülən prokuror xəstəxanada dünyasını dəyişib
İstanbulda girov götürülən prokuror xəstəxanada dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, terrorçular tərəfindən girov götürülən prokuror Mehmet Səlim Kiraz polisin xüsusi əməliyyatı zamanı azad olunarkən yaralanmışdı. O baş nahiyəsindən 3, bədən nahiyəsindən isə 2 güllə yarası almışdı. Xəstəxanada əməliyyat edilən prokurorun həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə mətbuatı Səlim Kırazı şəhid kimi təqdim edib.
Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.
Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.