Goranboyda avtomobil piyadanı vuraraq öldürüb




Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboyun Nadirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı 25-AC-299 qeydiyyat nişanlı "Chery Tiggo" markalı minik maşını orta yaşlı bir kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Avtoqəza ilə bağlı hazırda istintaq araşdırmaları aparılır.