
“Günəş şüaları altında 1 saatdan çox qalmaq dəri xərçəngi yaradır” - XƏBƏRDARLIQ
11:14 27.06.2019
Arxiv
1050
Son günlər paytaxtda və bölgələrdə qızmar hava şəraiti hökm sürməkdədir. Hətta bir neçə gündür ki, anormal istilər müşahidə olunur. Temperatur 39-40 dərəcəyə qədər yüksəlir.
Hər zaman olduğu kimi bu il də anormal istilərdən əziyyət çəkənlərin sayı yetərincə çoxdur. Xüsusilə, təzyiqi yüksək olanlar və qan azlığından əziyyət çəkənlər hədsiz isti havaya tab gətirə bilmir. Nəticədə belə həssas adamların sağlıq durumunda müəyyən problemlər yaşanır.
Bəs, günvurmadan qorunmaq üçün nə kimi tədbirlər görülə bilər?
Sualımızı cavablandıran həkim-allerqoloq Şahvələd Məmmədov "Sherg.az”a açıqlamasında günvurmanın adi bir hal olmadığını deyib:

Həkim qeyd edib ki, günvurma orta, ağır və ən ağır olmaqla 3 dərəcəyə bölünür:
"Bəzən gənclər saatlarla gün altına olurlar, özlərini yandırırlar. Lakin Amerika və Avropa təcrübələrində də yazılıb ki, günəş şüaları altında 1 saatdan artıq qalmaq gələcəkdə dəri xərçənginin yaranmasına səbəb ola bilər. Anormal istilərdə müəyyən xəstəliyi olan şəxslərin günəş altında olması məsləhət deyil. Şəkər və xərçəng xəstələri, qan azlığı olanlar, azyaşlı uşaqlar və hamilə qadınların da günün altında qalması yolverilməzdir. Çünki bu günkü gündə 39-40 dərəcə istlik iyun ayı üçün xarakterik deyil.
Yayda ən çox rastlaşdığımız hadisələrdən biri də qida zəhərlənmələridir. Qida məhsulları düzgün istifadə olunmaması baxımından təhlükəli olur.
İsti havalarda marketlərə qatıq və mayonezləri gətirirlər. Həmin məhsullar gətirilənə qədər yetərincə günəş altına qalır. 35-36 dərəcə temperatur kifayətdir ki, həmin məhsullar insanların zəhərlənməsinə şərait yaratsın. Ona görə, əhali bu kimi durumlarda ehtiyatlı olmalıdır.
Məsləhətdir ki, belə havalarda çoxlu maye qəbul etsinlər. Bakı böyük şəhərdir və ətrafda yaşıllıq azdır. Şəhərə çıxarkən hər kəsin əlində sərin suların olması lazımdır. Günəşdən qorunmaq üçün xüsusi kepkalardan və qoruyucu şalvarlardan istifadə edilməsi məsləhətlidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou