
Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib
16:30 10.04.2019
Arxiv
658
Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub.
ADA Univesitetindən Trend-ə verilən məlumata görə, "Macarıstan Xidmətlərinə görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib.
ADA Univesitetində keçirilən mərasimdə macar səfiri ölkəsinin prezidenti Yanoş Aderin adından təbrikləri və mükafatı təqdim edərkən vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb.

Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O, deyib: "Vacibdir ki, hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirək ki, gələcəyimiz əmin əllərdə olsun.”
Mərasimdən sonra işçi görüş zamanı səfir Viktor Sederkenyi bu günlərdə Azərbaycana səfər edən Macarıstanın Xarici Siyasət və Ticarət Naziri Piter Siyartonun ADA Universitetindəki çıxışı barədə nazirin yüksək təəssuratı ilə bölüşdü. O, qeyd etdi ki, nazir ADA tələbə və müəllim heyəti qarşısındakı çıxışı və daha sonra dinamik sual-cavab sessiyasını səfərinin yadda qalan hissəsi kimi xatırlayır.
Rektor Hafiz Paşayev səfirlə söhbəti zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana alim kimi etdiyi mübadilə səfərini xatırladı və bildirdi ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli mütəxəssisləri ilə seçilirdi.
Tərəflər ADA Universitetinin Macarıstanın hazırda üç ali təhsil ocağı ilə imzaladığı əməkdaşlıq anlaşmalarının nəticələrini nəzərdən keçirib, artan sayda tələbə və müəllim heyəti üzvünün mübadilə proqramlarında iştirakını məmnunluqla qeyd etdilər. Vurğulandı ki, ADA Macarıstan universitetlərinə 27 nəfər göndərməklə, qarşı tərəfin 7 tələbəsini mübadilə semestrlərinə qəbul edib. Tərəflər bu rəqəmləri daha da artıracaqlarını bildirilər. ADA Universitetində "Vışeqrad qrupu”nun 25 illik yubileyinin elmi konfransla qeyd edilməsi də əməkdaşlığın uğurlu nəticələrindən biri kimi qeyd olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya