Hamilə olduğunu doğuşdan 1 saat əvvəl bildi




Hamilə olduğunu doğumdan bir saat əvvəl öyrəndi



ABŞ-ın Boston şəhərində şiddətli qarın ağrısı ilə  xəstəxanaya müraciət edən 47 yaşlı qadının başına gələnlər xoş sonluqla bitib.

ABC-in xəbərinə görə, 47 yaşlı Judy Brovn, öd kisəsindəki narahatlıq səbəbiylə Beverly xəstəxanasına müraciət etdi. Xəstəxanada müayinə zamanı hamilə olduğu təyin olunan qadın bir saat sonra 3,7 kiloqram ağırlığında sağlam bir qız uşağı  dünyaya gətirdi.

Brovn deyib ki, ciddi bir sağlamlıq problemi olduğundan narahatlıq keçirərək xəstəxanaya gedib və  hamilə olduğunu öyrənincə şok olub. 22 ildir evli olduğunu, ancaq uşaq sahibi olmağı düşünmədiyini bildirən qadın, bədənində bəzi dəyişikliklər olduğunu fərq etdiyini, kilo aldığını da yaşlaşmasına  bağladığını, ancaq bu yaşda hamilə qalacağını təxmin etmədiyini söyləyir.

Brovnun 22 illik həyat yoldaşı Jason Brovn da arvadının hamilə olduğunu öyrənincə xəstəxanaya gələrək ilk uşaq həyəcanını həyat yoldaşıyla yaşadı.

Xəstəxanadan Judy Brovn və körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirildi.