Hamısı tabuta uzanır

İntihara meydan oxumaq üçün çarəni “ölüm kursu”nda tapdılar
İntihar sayları çox yüksək olduğundan çarəni ölüm kurslarına qatılmaqda tapdılar. Dünyada ən yüksək intihar nisbətlərinə sahib ölkələrdən biri Cənubi Koreyada, insanlar ürküdücü bir üsulla ölümə meydan oxumağı seçir.
Ölkədə yüzlərlə insan həyatlarının nə qədər qiymətli olduğunu daha yaxşı qavramaq üçün "ölüm təcrübəsi” kursuna qatıldılar. "İştirakçılara həyatın mənasını dəyişdirməyi və onlara özlərini tanımaq üçün bir şans verməyi” vəd edən kursda adamlar tabuta da girir. 42 yaşlı iki uşaq anası Lee Myung-hee, bir tabuta girmək təcrübəsinin, ailəsini nə qədər sevdiyini, ölüm haqqında düşünmək üçün çox erkən olmadığını anlamasını təmin etdiyini ifadə edir: "Ölüm gələ bilər, yaşa baxmadan... Ətrafımdakı hər kəsə gələ bilər, ona görə ölümün mənimlə əlaqəsi olmadığını düşünməməliyəm. Sonuma sakit bir şəkildə hazırlanmaq üçün məncə bu yaxşı bir şansdır. "Kursların, intihar nisbətlərinin ən yüksək olduğu yaş qrupları olan 20, 30 və 40 yaşlar arasındakı kəslərdə müvəffəqiyyətli nəticələr verdiyi ifadə edilir.