Havalar isti olsa belə...
08:30 30.06.2018
Arxiv
549
Avtobusları qapıları açıq idarə etmək olmaz
Dünən 40 saylı sərnişin avtobusunda bədbəxt hadisə baş verib. Konduktor kimi çalışan Cabbarov Tural Elçin oğlu avtobusun qapısı açıq olduğu üçün yola yıxılıb. T.Cabbarov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Nəqliyyat sahəsində bu kimi neqativ hallarla çox rastlaşmışıq. Bəzən sürücülərin məsuliyyətsizliyi, bəzən də sərnişinlərin vəzifələrini yerinə yetirməməsi xoşagəlməz hadisələrə səbəb olub. Bəs sərnişin avtobusunun qapısı açıq şəkildə hərəkət etməsi nə dərəcədə düzgündür? "Yol hərəkəti haqqında” qanunda nəqliyyat vasitələrinin qapıları açıq vəziyyətdə idarəsi qadağan edildiyi halda sürücülərin bu cür etinasızlıq göstərməsinə alışmışıq desək yanılmarıq. Sərnişin daşınmasında təhlükəsizliyin təmin edilməsi olduqca vacib olsa da, hər kəs öz bildiyini "oxuyur”.
Baş verən hadisəni dəyərləndirən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə açıqlamasında bildirib ki, sərnişindaşımanın müvafiq qaydaları mövcuddur. Həmin qaydalarda isə belə bir müddəa var ki, sürücülər həm sərnişinlərin daşınması, həm də təhlükəsizliyin təmin olunmasına uyğun olaraq xidmət göstərməlidir:
"Bəzi vaxt avtobuslar xüsusi sahibkarlara verilir və həmin sahibkarlar da prosesə nəzarət edə bilmirlər. Son zamanlar avtobuslarda kart sistemini istifadə etməklə sürücünün təhlükəsizliyi və sərnişinlərin daşınma işi ortaya çıxır. Bəzi avtobuslarda isə kart sistemi olmadığı üçün sürücü həmin pulu yığır və plan verir. Bu zaman həmin sürücülərə konduktorlar köməklik edir. Konduktorlar əmək müqaviləsi ilə işləyirsə, bu, başqa məsələdir. Lakin baş verənlər araşdırılsa, ölən şəxsin əmək müqaviləsinin olmadığı üzə çıxar. Son vaxtlar sərnişindaşımada konduktor vəzifəsi nəzərdə tutulmur, çünki sürücülər özləri prosesi yerinə yetirir. Bəzən isə konduktor işləyən şəxs təhlükəsizliyini qorumur. Yaşı azan olan və ya heç bir işi olmayanlar pul qazanmaqdan ötrü gəlib konduktor olaraq çalışır. Sərnişinlərlə əlaqədə kimin olduğuna nəzarət edilməlidir.
Əvvəllər də konduktor deyilən peşə var idi, onlar maarfilənmə formasında təlimat keçir və vəzifələrini bilirdilər. Amma indiki konduktorlar vəzifələrini bilmir. Ona görə ya qapı açıq olur, ya da qapıdan sallanır və yaxud elə bir formada hərəkət edir ki, özünü təhlükəyə atır. Baş verənlərin də məsuliyyətini marşrut sahibləri çəkməlidir. Sürücülər işçiləri üçün müvafiq maariflənmə işi aparmalıdır. Avtobus hərəkət edən zaman heç bir halda icazə verilməməlidir ki, qapılar açıq qalsın. Havalar isti olsa belə bu, yolverilməzdir”.
F.Eyyubovun sözlərinə görə, sərnişin daşımasında elə problemlər var ki, həmin problemləri həll etməkdən ötrü böyük təşkilati işlər aparmaq lazımdır:
"Amma bu hadisə sahibkara məxsus olan marşrutda baş verib və səhlənkarlıq həmin sürücü tərəfdəndir. Sürücülər maariflənmə işini aparmır, ona görə də belə hadisələr olur. Yaxşı olar ki, bu məsələ BNA tərəfindən analiz olunsun, bütün marşrut daşıyıcılarına telefonoqrama şəklində və ya müəyyən bir formada göndərilsin ki, həmin insanlar məsuliyyət hiss eləsinlər. Çünki bir hadisə olan zaman bundan digər avtobuslar da nəticə çıxarmalıdır. Sərnişindaşımada hərəkətin təhlükəsizliyi həm kəmiyyət, həm də keyfiyyət göstəricisi kimi daim bir nömrəli göstəricidir. Ona görə də bütün daşıyıcılar bu göstəriciyə əməl etməli və təhlükəsizliyin təmin olunmasına çalışmalıdır. Əlbəttə, baş verənlər yaxşı hal deyil. Görün bir qapının açıq olması nələrə səbəb oldu. Düşünürəm ki, belə məsələlər qlobal bir problem deyil, çünki maariflənmə işi getsə, sürücülər işə məsuliyyətlə yanaşsa, belə hallar olmaz”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi