"Ərdoğan isə daxili və xarici siyasətdə son dönəm bir qədər aqressiv siyasət aparıb. Görünür, Türkiyənin elektoratı belə siyasətə daha çox inanır. Muharrem İncə, Meral Akşener və digər namizədlər əsas diqqətlərini tənqidə yönəldirdilər. Onlar ümumi Türkiyənin problemlərinin aradan qaldırılmasına diqqət ayırmırdılar. Ərdoğan isə ona qarşı yönələn bu situasiyadan məharətlə istifadə etdi və qalib oldu.
"HDP-nin barajı keçməsi Türkiyə üçün heç nəyi dəyişdirməyəcək" - ŞƏRH
11:03 25.06.2018
Arxiv
608
"Rəcəb Tayyib Ərdoğan son 10 ildə əhatəli islahatlar aparırdı. İnsanların əksəriyyəti də məhz bu islahatlara səs verib”.
Bunu "Sherg.az”a ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələrindən danışarkən politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Türkiyənin üzləşdiyi müəyyən problemlərə baxmayaraq, seçicilər Ərdoğanın proqramını dəstəkləməyə üstünlük verirlər:
"Ərdoğan isə daxili və xarici siyasətdə son dönəm bir qədər aqressiv siyasət aparıb. Görünür, Türkiyənin elektoratı belə siyasətə daha çox inanır. Muharrem İncə, Meral Akşener və digər namizədlər əsas diqqətlərini tənqidə yönəldirdilər. Onlar ümumi Türkiyənin problemlərinin aradan qaldırılmasına diqqət ayırmırdılar. Ərdoğan isə ona qarşı yönələn bu situasiyadan məharətlə istifadə etdi və qalib oldu.Hesab edirəm ki, Türkiyə prezidentinin apardığı islahatlar hətta ikinci respublikasının qurulmasına qədər gətirib çıxarıb”.
Parlament seçkilərinin nəticələrində gəlincə, İ.Vəlizadə düşünür ki, Xalqların Demokratik Partiyasının (HDP) barajı aşması Türkiyə üçün heç nəyi dəyişdirməyəcək:
"HDP-yə verilən səslər əsasən kürdlərin verdiyi səslərdir. Bu isə faiz hesabı ilə götürdükdə təxmini 10 faiz civarında dəyişir. Siyasi aktiv kürdlər elə bu qədərdir. Onların belə fəal olması onu göstərir ki, ölkənin xarici və daxili siyasətində mühüm rol oynayacaq. Həm Ərdoğan, həm də müxalifət partiyaları bununla hesablaşmalıdırlar.
Məsələ budur ki, HDP rəhbəri Səlahəttin Dəmirtaş və partiya fəalları kürd faktorunu radikallaşdırıb, Türkiyəyə qarşı yönəltməyə çalışır, "V kolon” yaratmaq istəyirlər. Buna qarşı həm parlament daxili, həm də ümumi ölkənin daxilində ölçü götürülməlidir”.
Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat