Sakinlərə tövsiyə edilməlidir ki, paltarları sərərkən, bir qədər də ətrafı, cəmiyyəti, şəhərin qonaqlarını düşünsünlər
Hədə-qorxu gəlməklə iş bitmir
17:43 26.06.2018
Arxiv
507
Nəyisə qadağan ediriksə, onun alternativi də təklif olunmalıdır
Sakinlərə tövsiyə edilməlidir ki, paltarları sərərkən, bir qədər də ətrafı, cəmiyyəti, şəhərin qonaqlarını düşünsünlər
Sakinlərə tövsiyə edilməlidir ki, paltarları sərərkən, bir qədər də ətrafı, cəmiyyəti, şəhərin qonaqlarını düşünsünlər
Paytaxt sakinlərinə paltarları zivəyə sərmək qadağan edilir. Bu qadağanı paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti "fikirləşib” tapıb. Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Hüseyn Cəfərov Sputnik Azərbaycana bildirib ki, eyvanlarda paltar qurutmamaq tələbi mərkəzi mərkəzi küçə və prospektlərdə yerləşən yaşayış binalarının sakinlərinə aiddir. Şöbə müdiri tələbi bununla əlaqələndirib ki, eyvanlardan qurudulmaq üçün asılan paltarlar estetik görünmür.
Yəni şəhərin gözəlliyinə xələl gətirir. Sakinlərə "alternativ variantlar” da təklif olunur; xüsusi standart asılqanlar, paltarları həm yuyan, həm də qurudan müasir paltaryuyan maşınlardan istifadə etsinlər. Şöbə müdiri bunu da əlavə edib: "Avropada necə edirlərsə, bizdə də elə etmək mümkündür” (İşimizə yarayanda Avropa ənənələri necə də kara gəlir - red.). Tələb və təkliflərdən sonra şöbə müdiri deyib ki, kim tələbə əməl etməsə, qanunlarla problemi yarana bilər (doğrusu, hansı qanunda arvadlara paltar qurutmaq qadağan edildiyi yazılır, məlum deyil - red.), sakinlərin qapısını sahə polisi əməkdaşları döyəcək. Yəni, şöbə müdiri, bir növ sakinlərə hədə-qorxu da gəlib.
Eyvanlardan paltar qurutmaq üçün istifadəyə qadağa bundan əvvəl Naxçıvanda da tətbiq edilməyə başlamışdı. İndi orda vəziyyət necədir, bilmirik. Dediyimiz odur ki, eyvanlarda paltar qurutmaq qadağası yeni deyil. Amma hər dəfə də anlışılmaz və qəbuledilməz kimi görünür. Bəs camaat paltarlarını harada, necə qurutmalıdır? Toxun acdan xəbəri olmadığı kimi, bəlkə imkanlı, vəzifəli şəxslər də elə bilir, onların evində olan "bəyaz əşya”lardan hamının evində var? Paltaryuyan maşın, üstəlik paltar qurudan maşın... Lap tutalım, kiminsə paltaryuyan maşını var. Amma məlum məsələdir ki, paltaryuyan maşın paltarları tam qurutmur. Mütləq havaya verilməlidir ki, normal qurusunlar. Digər tərəfdən məgər şəhərin estetik görünüşünü pozan yalnız zivələrdə yellənən paltarlardır? Estetik görünüş "düşməni” axtarışına çıxsaq, zivələrdə asılan paltarlar ən sonuncu sırada qərarlaşar. Niyə sondan başlanır? Gücümüz çatan budur?
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında Nərimanov Rayon İcra Hakimiyyətinin tələbinin haqlı tərəfləri olduğunu da dedi:
- Məsələyə iki prizmadan yanaşma mümkündür. Bir tərəfdən baxanda, icra hakimiyyətinin tələbi haqsız sayılmaz. Şəhərin estetik görünüşünü qorumaq hamımızın borcudur. Düzdür, bir sıra hallarda, eyvanlardan asılan paltarlar heç də estetik görünmür. Lakin, bir tərəfdən də baxanda, sakinlərin başqa alternativi varmı? Əgər eyvanı həm həyət, həm də küçə, prospekt tərəfə baxan mənzildirsə, yəni, qoşa eyvanlıdırsa, sakindən paltarları həyət tərəfə sərib qurutmağı tələb etmək doğru olar, amma eyvan birdirsə və yalnız küçə, prospekt tərəfə baxırsa, o sakindən paltarları eyvanda qurutmamağı necə tələb etmək olar? Bu, özgür iradəyə qarşı bir addımdır. Camaata paltar qurutmaq dərsi verəcəklər?! Məsələn, şəxsən bizim eyvan yalnız bir tərəfə baxır. Məlumdur ki, şəhər mühitində eyvanlar xanımlar üçün bir çox funksiyanı yerinə yetirir. Paltarları qurudurlar, yorğan-döşəyi havaya verirlər, xalça-palaz yuyulanda, eyvana sərib qurudurlar. Həmçinin eyvanlar soyuducu rolunu oynayır, orada ərzaq saxlayırlar. Əlavə əşyaları eyvana yerləşdirirlər.
Bina evlərində mənzilin hər kvadrat metri dəyərlidir. Başqa məsələ, paltaryuyan və ya qurudan maşınlarda qurudulan paltarla günəş şüası altında, açıq havada qurudulan paltar arasında sağlamlıq baxımından çox böyük fərq var. Günəş şüası altında qurudulmuş paltardan bədənimiz əlavə enerji alır. Paltaryuyan maşınlarda qurudulan paltarlarda isə bəzən mikroba buluşma ehtimalı yarandığını həkimlər təsdiq edir. Bir də ki, hamının evində paltaryuyan, qurudan maşın yoxdur. Sakinlərə nəyisə qadağan edirlərsə, bunu hüquqi baxımdan əsaslandırmalıdırlar. Hədə-qorxu gəlmək lazım deyil. Nəyisə qadağan ediriksə, onun alternativi də təklif olunmalıdır. Paltar qurutmaq məsələsində alternativ paltaryuyan, qurudan maşın ola bilməz. Kiməsə şərt qoymaq olmaz ki, mütləq get, evinə paltaryuyan maşın al. Sakinlərə tövsiyə edilməlidir ki, paltarları sərərkən, bir qədər də ətrafı, cəmiyyəti, şəhərin qonaqlarını düşünsünlər. Məncə, bu yanaşma sakinlər tərəfindən daha rahat qəbul edilər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat