Həkim ürək xəstəsini reanimasiyada yumruqladı

Xəstə qısa bir müddət sonra həyatını itirib




Rusiyada bir həkimin reanimasiyada yatan ürək xəstəsini yumruqladığı görüntü şok təsiri yaratdı. Perm şəhərindəki bir xəstəxanada by-pass əməliyyatı olan xəstə, daha sonra reanimasiyaya götürülür.

Burada həkimlə mübahisəyə başlayan xəstə, həkim sinirlərinə hakim ola bilməyincə yumruqlarla döyüldü. "Daily Mail”in xəbərinə görə xəstə qısa bir müddət sonra həyatını itirdi, həkimin isə uzun iş saatlarından sonra sinirlərinin sakitləşdiyi bildirilir. Təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərlə əlaqədar həkim haqqında administrativ istintaq başladıldı.