Həkimləri xəstələrinə müalicə məqsədilə marixuana yaza biləcəklər
05:49 27.06.2019
Arxiv
1549
İsveçrə həkimləri öz xəstələrinə müalicə məqsədilə marixuana yaza biləcəklər.
AZƏRTAC xəbər verir ki, Federal Şura "Narkotik maddələr haqqında Qanun”a müvafiq dəyişiklik etmək istəyir. Lakin tibbi sığorta şirkətləri bu preparat təyin olunmuş xəstələrə heç bir ödəniş etməyəcək.
Qeyd edilib ki, dünyanın bir sıra ölkələrində xərçəng və ya dağınıq skleroz xəstəliyindən əziyyət çəkən minlərlə xəstə marixuana qəbul edir və həkim təyinatı əsasında bu maddədən istifadə leqal sayılır. Eləcə də İsveçrədə Federal Səhiyyə İdarəsi (FSİ) hər bir xəstəyə ərizə əsasında qəbul icazəsi verir. 2018-ci ildə FSİ təxminən 3000 belə icazə verib.
Ötən illərdə bu ərizələrin sayı getdikcə artıb. Tərkibində 1 faizdən artıq tetrahidrokannabinol (THC) mövcud olan preparatın istifadəsinə icazə almaq üçün həkimlər xəstənin alternativ müalicələrdən yararlanmasının mümkün olmadığını izah etməlidirlər.
FSİ-dən verilən məlumata əsasən, tibbi marixuana xərçəng xəstələrinin xroniki ağrıları, kimyaterapiya zamanı ürəkbulanma və iştahsızlıq əleyhinə istifadə oluna bilər. Dağınıq skleroz zamanı bu maddə spazmaların azaldılmasına yardım edir. İndi Federal Şura prosesi asanlaşdıraraq müalicə həkiminin birbaşa qərar verməsini və marixuana təyin etməsini qanuniləşdirmək istəyir. Marixuana tərkibli vasitələrin həqiqətən müalicəvi təsir göstərməsi elmi cəhətdən hələ tam sübut olunmayıb. Bu səbəbdən də tibbi sığorta şirkətləri adıçəkilən vasitələri çox nadir hallarda ödəyir. FSİ bu qaydanın dəyişdirilməsinin hələ nəzərdə tutulmadığını qeyd edib.
Qeyd edək ki, marixuana 1951-ci ildən etibarən İsveçrədə qadağan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət