
“Həlledici məsələ bələdiyyəni udmaq yox, bacarıqla idarə etməkdir” – AKTUAL ŞƏRH
12:36 24.06.2019
Arxiv
630
"İstanbul bələdiyyə başqanlığına təkrar keçirilən seçkidə CHP namizədi Əkrəm İmamoğlunun qalib gəlməsi hakim AKP üçün arzuolunmazdır”.
Bunu "Sherg.az”a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Ekspert bildirib ki, müəyyən göstəricilər AKP-nin lehinə olsa da, ümumilikdə hakim partiya simvolik məna daşıyan üç böyük şəhəri - Ankara, İzmir və İstanbulu itirmiş oldu:

"İzmirdə onsuz da müxaliflər hər zaman qalib olublar. Uzun müddət AKP-nin əlində olan paytaxt Ankara da 31 mart bələdiyyə seçkisində əldən çıxdı. Düzdür, bələdiyyə sədri Mansur Yavaş klassik CHP-li deyil və milliyətçilərdən qoparaq ana müxalifət partiyasına keçib. Amma hər halda artıq mühüm şəhərlər AKP-nin əlində deyil.
Məlumdur ki, Əkrəm İmamoğlu 31 mart seçkisində qalib gələrək mandatını almışdı. Hətta 18 gün vəzifəsini də icra etmişdi. Lakin seçkinin ləğv olunaraq mandatının geri alınması İmamoğlunun reytinqinə müsbət mənada təsir etmiş, proseslər lehinə işləmişdi. Çünki seçkinin ləğvi CHP namizədinin haqqının yeyilməsi kimi dəyərləndirilirdi. Əgər ona ümumiyyətlə mandat verilməsəydi, bəlkə AKP-nin növbəti seçkidə şansı olardı. Ancaq mandatın verilməsi, daha sonra isə geri alınması İmamoğlunun seçilmə şansını artırdı”.
Analitikə görə, İstanbul və Ankara kimi şəhərlərdə enerjili namizədlərin qələbə qazanmaq imkanı daha çox olur:
"Bu şəhərlərin seçiciləri dinamikdir. Başda prezident olmaqla, bütün nazirlərin dəstəklədiyi namizəd enerjili deyilsə, onun şansı avtomatik olaraq zəifləyir. İstanbul seçkisində CHP-nin namizədi daha dinamik və enerjili idi. Bunun müqabilində AKP-nin irəli sürdüyü şəxs yorğun və istəksiz adam təsiri bağışlayırdı. O baxımdan 23 iyun seçkisinin nəticələri çoxları üçün sürpriz olmadı. Amma aradakı fərq bəziləri üçün gözlənilməz ola bilər. Çünki İmamoğlu böyük səs fərqi ilə qələbə qazandı”.
Politoloqun fikrincə, bu nəticə Türkiyə siyasətinə də təsir edəcək:
"İndiyə qədər müşahidə olunan hal odur ki, yerli seçkilərdə üstünlük əldə edən partiyalar sonrakı ümumi seçkilərdə də müəyyən uğur qazana bilir. Şübhəsiz, burada ən ciddi məqam CHP-li namizədin sosial problemləri necə həll edəcəyi ilə bağlıdır.
Türkiyədə bələdiyyələrin səlahiyyətləri çox genişdir. Şəhər əhalisinin demək olar ki, bütün ehtiyaclarını bələdiyyələr qarşılayır. Bu baxımdan CHP-nin bələdiyyə sahəsində necə fəaliyyət göstərəcəyi diqqətlə izləniləcək.
CHP bələdiyyələri ilə bağlı mənzərə o qədər də müsbət deyildi. Belə bir fikir var idi ki, "CHP-li bələdiyyələr tənbəldir və çox işləmirlər”. Əgər ana müxalifət mənfi imici dəyişdirə bilsə, gələcək siyasi karyerasına çox müsbət təsir göstərəcək. Lakin uğursuzluğa düçar olsa, hakim AKP bu fürsəti əldən buraxmayacaq. Yəni, həlledici məsələ bələdiyyəni udmaq yox, bacarıqla idarə etməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial