Hər gün Suriyaya görə 10 milyonlarla dollar xərclənir
19:59 12.01.2016
Arxiv
462
Putin nəhayət anladı ki, Moskva-Əsəd əlaqələrinin perspektivi yoxdur
Rusiya Prezidenti Vladimir Putin Suriya "lideri” Bəşər Əsədi öz ölkəsində yerləşdirə biləcəyini bəyan edib. Almaniyanın "Bild” qəzetinə müsahibə verən Putin deyib ki, həmkarı Bəşər Əsədin aqibətini müzakirə etmək hələ çox tezdir. Amma bir gün Əsəd öz ölkəsini tərk etmək qərarına gələrsə, Rusiyada asanlıqla siyasi sığınacaq ala bilər:
"Əsədin ölkəmizə gəlməsi FTB agenti Edvard Snoudenin Rusiyadan sığınacaq almasından daha asandır. Amma bayaq dediyim kimi, bu məsələnin vaxtı hələ gəlməyib. Əvvəlcə Suriyada terror bitməli, ölkə stabil olmalı və demokratik seçki keçirilməlidir”. Məlumat üçün bildirək ki, Qərb mətbuatı bir neçə gün əvvəl Suriya məsələsi ilə bağlı böyük dövlətlərin razılığa gəldiyini və 2017-ci ildə Bəşər Əsədin hakimiyyəti təhvil verəcəyini yazmışdı. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Kreml rəhbəri Suriya məsələsinin onun üçün ziyanlı olduğunu anlamağa başlayıb. Çünki hər gün Suriyaya 10 milyonlarla dollar vəsait sərf olunur: "Nəzərə almaq lazımdır ki, 2016-cı il Rusiya iqtisadiyyatı üçün çox gərgin başlayıb. Belə şəraitdə Rusiya yaxşı başa düşür ki, Moskva-Əsəd əlaqələrinin perspektivi yoxdur. Xüsusilə İran qoşunları Suriyadan çəkiləndən sonra Rusiya tamamilə çıxılmaz duruma düşüb”. Politoloqa görə, Suriyada demokratik seçkilərdən danışmaq boş söhbətdir: "Həmin "demokratik” seçkiləri bir il bundan qabaq Bəşər Əsəd keçirib. Özü də alternativsiz və sadəcə Dəməşq şəhərində keçirib. Hazırda Suriya paramparçadır. Ölkənin bir qismi İŞİD-in, digər qismi isə Suriya Azadlıq Ordusunun əlindədir. Əgər Əsədin hakimiyyəti Dəməşqdən kənara çıxa bilmirsə, bu şəraitdə hansı demokratik seçkidən danışmaq olar?”. Q.Hüseynli deyib ki, Səudiyyə Ərəbistanı rəsmiləri Əsəd haqqında danışarkən ən radikal variantlara belə gediləcəyini, hətta onun öldürüləcəyini belə söyləməkdən çəkinmirlər: "Putin bilir ki, Əsədin siyasi sonu sığınacaq istəməklə bitəcək. Ona görə də indidən bunu dilə gətirir. Amma Amerikanın satqın kəşfiyyatçısı Edvard Snoudenlə Əsədi eyniləşdirmək tamamilə yanlışdır. Çünki Snouden öz dövlətinin xüsusi xidmət orqanlarının müəyyən sirlərini yayıb. Lakin Bəşər Əsəd artıq beynəlxalq cinayətkara çevrilib. Suriyadakı bütün xoşagəlməz hadisələr, minlərlə suriyalının öldürülməsi, 5 milyondan çox insanın məcburi qaçqına çevrilməsi birbaşa Əsədin suç dəftərinə yazılıb. Bütün bunlara görə o, cavab verməli olacaq. Yuqoslaviyanın sabiq prezidenti Slobodan Miloşeviçi də gizlətmək istəyirdilər, axırı nə oldu? Onu tutdular və ömürlük həbs cəzası verdilər. Daha sonra isə həbsxanada ürəyi partlayaraq öldü. Bəşər Əsəd də Rusiyada gizlənib-gizlənməməsindən asılı olmayaraq, öz əməllərinə görə layiqli cəzasını alacaq. Əgər beynəlxalq məhkəmə onun haqqında qərar çıxararsa, Rusiya bu qərara boyun əymək məcburiyyətində qalacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat