"Hər həftə bir müsəlman öldürəcəyəm"

Kanadanın Toronto şəhərində bir məscidin qundaqlanmasının ardından Kanada da bir adam joker maskası taxaraq ictimai media üzərindən bir video yaydı. Müsəlmanları təhdid edən adam hər həftə bir ərəb və ya müsəlman öldürəcəyini söylədi. Adam edamlarında ona kömək edəcək birini də axtarır.
Fransanın paytaxtı Parisdə 129 adamın öldürüldüyü hücumların ardından İslamofobik hücumlar və ifadələr artarkən, Kanadanın Quebec əyalətində yaşayan bir adamın çəkdiyi video ictimai medianın ən çox danışılanları arasına girdi.
Şəxsiyyəti bilinməyən adam, Joker maskası taxaraq çəkdiyi videoda hər həftə bir müsəlman və ya ərəb öldürəcəyini söylədi. Polis, təhdidlər yağdıran adamı axtarır.(milliyet.com)
"Montreal Gazetten"in xəbərinə görə, YouTube-yə yüklənən videoda Joker maskalı adam, hökumətin Quebecdəki müsəlman və ərəblərlə əlaqədar "heç bir şey etməməsi" vəziyyətində hərəkətə keçəcəyini açıqladı.
Kameraya silahını göstərən adam, daha sonra hər həftə bir müsəlman öldürəcəyini söyləyir və buna önümüzdəki həftə başlayacağını vurğulayır.
Adam, YouTube-dən yayılan videoda tək olmadığını və cinayətlərdə ona kömək edəcək insanlar olduğunu ifadə edir.