Hər yer qan içində: Küçələr cəsədlərlə doldu -FOTOLAR

Braziliyada qana susamış mafiya polisin tətilə getməsiylə küçələrə geri döndü. Şiddət elə bir ölçüyə gəldi ki, ölüm və təcavüz hadisələri hər an artır.
Braziliyada şiddət hadisələri qorxunc bir həddə çatıb. Mafiyaların qarşıdurmaları nəticəsində küçələr qan gölünə dönüb. Hər yerdə qanlar içində cəsədlər görmək mümkündür...
Espirito Santo əyalətində məktəblər bağlı, futbol matçları ləğv edilib. Elə bir təhlükəli vəziyyət yaranıb ki, insanlar çölə çıxmağa cəsarət edə bilmir.
Bir braziliyalı "Bu gün evimdən çıxmağı heç düşünmədim. Burada olanlar tamamilə dəlilikdir. İzdihamlı yerlərdə əlində silahlarla bir-birini qovan insanlar, onlarla alver mərkəzlərindəki hər şeyi oğurlayır, cəsədlər belə küçələrdədir" deyir.
Şənbə günü aşağı maaşlara etiraz etmək üçün polislərin tətil etməsi ölkəni cəhənnəmə çevirdi. Şiddət hadisələrində yaşanan partlayışlardan sonra vəziyyətə hərbi  polis əl qoydu.
Hökumət isə tətilin qeyri-qanuni olduğunu ifadə edərək polisə qarşı iddia açmaq niyyətindədi.