“Hər yerdə barmaq izləri var idi”
20:57 26.01.2016
Arxiv
857
Jurnalistin evini qarət edənlər çox qeyri-peşəkarlar olub
Bakının Binə qəsəbəsində 10 gün ərzində 2 mənzil və bir ərzaq mağazasından oğurluq edilib. Qarət edilən mənzillərdən biri də Azvision.az saytının siyasət müxbiri Elvin Abdulqədirovun mənzili olub. Jurnalistin məlumatına görə, hadisə yanvarın 19-u axşam saatlarında baş verib.
Evdə heç kimin olmadığını fürsət bilən oğrular jurnalistin və həyat yoldaşının nişan üzüyünü, həmçinin, ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyaları, televizor, kompüter, planşet, nağd pul oğurlayıblar.
Hadisə ilə bağlı "Şərq”ə danışan Elvin Abdulqədirov polisə məlumat verməklə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, cinayətkarların tezliklə tapılmasını xahiş etdiyini deyib: "Oğrular hələ tutulmayıb. Polis araşdırmanı davam etdirir. Cinayətin açılmasını gözləyirik”.
Jurnalist yaşadığı qəsəbədə oğurluq hallarına az rast gəlindiyini deyib: "Əslində Binə qəsəbəsi sakit, insanları biri-birinə qaynayıb-qarışan bölgədir. Burada yaşadığım müddətdə oğurluq kimi halları ilk dəfədir ki, həm eşidir, həm də yaşayırdım. Fikirləşirəm ki, bu oğurluqların səbəbi sadəcə tamahdır. Çünki oğurlanan əşyalardan da görünür ancaq sata biləcəklərini götürüblər. Doğrudur, çoxu oğurluq hallarının artmasını hazırkı iqtisadi vəziyyətlə əlaqələndirir. Hardasa doğru yanaşma hesab etmək olar. Amma, işin sonunda həbs olunmaq varsa, çıxış yolu bu deyil. Əvvəllər həm oğrular, həm də oğurluğa meyilli olan insanlar işləyirdi. İndi isə belə şəxslər iş yerlərini itirib. Ona görə də oğru və oğurluğa meyilli adamlar birləşib ciddi təhlükə mənbəyinə çevriliblər. İnsanlar daha diqqətli olmalıdırlar ki, bu hallarla qarşılaşmasınlar”.
Bu oğurluqların qeyri-peşəkar şəkildə törədildiyini deyən E.Abdulqədirov onların arasında əlaqə olmadığını zənn edib: "Mənim evimdə oğurluq olana qədər həmin ərazidə 2 ev və bir mağazanı soymuşdular. Ancaq bu hadisəyə qədər onlar artıq həbs olunmuşdu. Səhv etmirəmsə, iki qardaş bu əməli törədiblər. Məhz oğrular tutulandan sonra bu hadisə mənim başıma gəldi. Ola bilər oğruların həbsindən arxayınlaşanlar bu əməli törədiblər. Həmçinin də çox səriştəsizliklə edilmiş cinayətdir. Hər yerdə barmaq izləri var idi. Hər hansı bir cinayətkar dəstənin və ya peşəkar oğruların əməli olduğunu düşünmürəm”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi