“Hər zaman dəyişikliklər lazımdır”

Şəfa Mehmanqızı: “Bu addımı atmağımın özəl bir səbəbi yoxdur”



Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı işdən çıxıb. O, bu barədə sosial şəbəkədə paylaşdığı statusunda yazıb: "4 ilə yaxın bir müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışmışam və hər zaman NİİM-nin imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən bu qurumda çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaq. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm. Hər kəsə uğurlar!”

Bu qərarı ilə bağlı "Şərq”ə danışan sabiq mətbuat xidmətinin rəhbəri NİİM-də kifayət qədər çalışdığını və sadəcə iş həyatında dəyişikliyə ehtiyac olduğunu deyib: "Düşünürəm ki, 4 il müddətində yetərincə iş görə bildim. Hər zaman dəyişiklik lazımdır. Bu addımı atmağımın özəl bir səbəbi yoxdur”. Yeni iş təkliflərini dəyərləndirdiyini qeyd edən Ş.Mehmanqızı yaxın günlərdə mətbuatı məlumatlandıracağını bildirib.

Aysel Aslan