Heydər Əliyevin gəlişi Azərbaycanı parçalanmaqdan xilas etdi
08:55 13.06.2019
Arxiv
593
Mənsum İbrahimov: "O, Azərbaycanı xaosdan, qardaş qırğınından, düşmənlərdən qurtaran dahi bir siyasətçi idi"
"Milli Qurtuluş günü, Müstəqil Azərbaycan dövlətinin yaranması, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlıdır”. Bu sözləri Xalq artisti, Şöhrət ordenli Mənsum İbrahimov «Şərq»ə açıqlamasında söylədi: «Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi öndərimiz var. Ulu öndərimiz yeni Azərbaycanın qurucusu, memarıdır. O həqiqətən dahi bir şəxsiyyət idi. Azərbaycanı xaosdan, qardaş qırğınından, düşmənlərdən qurtaran dahi bir siyasətçi idi.
O dövrü hamımız yaşamışıq, o ağrıları, dəhşətləri görmüşük, bilirik. Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycandan danışa bilməzdik. Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində xalq qurtuldu. Onun gəlişi Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycanın yeni bir siyasi strategiyası hazırlandı, dünya miqyasında Azərbaycan dövlət olaraq özünü təsdiqlədi, Azərbaycanla hesablaşmalı oldular.
Heydər Əliyevlə dəfələrlə təmasda olduğum üçün xoşbəxt insanam, şanslı sənətkaram. O, unikal bir insan, güclü siyasətçi idi. Məni Əməkdar artist fəxri adına məhz gənc yaşımda Heydər Əliyev layiq görüb. Yaradıcılığımda onun müstəsna rolu var.
Heydər Əliyev səhnədə olduğum zaman məni izləyib, ifalarıma, sənətimə dəyər verib. Bizim konsertlərdən sonra kulis arxasında çox səmimi söhbətlərimiz olurdu. O anların hər biri bir tarixdi. Yenə deyirəm, biz həqiqətən xoşbəxt xalqıq ki, belə güclü siyasi liderimiz olub. Azərbaycanda Heydər Əliyev, Türkiyədə Atatürk millət atası sayılır.
Bu gün Azərbaycan Cənubi Qafqazda güclü bir strateji mövqeyə sahibdi, iqtisadiyyatımız inkişaf edib. Güclü ordumuz, mükəmməl mədəniyyətimiz var. Bu gün mədəniyyət sahəsində əldə olunan bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz ulu öndərin qoyduğu bünövrənin nəticəsidir ki, o ənənəni İlham Əliyev də uğurla davam edir.
Azərbaycan muğamı dünyaya səs salıb, turizm ölkəsi kimi ildən-ilə Azərbaycana maraq yaranır, iqtisadi əlaqələrimiz genişlənir, neft ölkəsi olaraq regionda liderik. Bütün bunlar Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilib. Stabil bir ölkəyik. Müstəqil Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır».
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya