
“Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan xilas etdi”
09:13 13.06.2019
Arxiv
792
"Heydər Əliyev təkcə dövləti deyil, həm də insanların müstəqil dövlətçilik məfkurəsini xilas etdi”.
Bunu "Sherg.az”a açıqlamasında Mətbaut Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib.
JHİ sədri bildirib ki, 1990-cı illərdə yaşamış hər kəs şahiddir ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidi və tələbi ilə Bakıya qayıdışı gənc, müstəqil Azərbaycan dövlətini xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi:

"Bu, hər kəsin bildiyi bir faktdır. Amma mən düşünürəm ki, bu, Heydər Əliyevin fəliyyətinin yalnız bir qismidir. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, qanunsuz silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycan vətəndaşında müstəqil dövlət anlayışını zədələmişdi. İnsanlarda "biz müstəqil olsaq, yaşaya bilmərik” düşüncəsi güclənirdi.
1993-cü ildə respublikada artıq həyatın bütün sahələrinində, o cümlədən, iqtisadi strukturlarda böhran yaranmışdı.
Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, özəlləşdirilmə prosesi getmədiyi halda 3 mindən çox xidməti maşını məmurların şəxsi istifadə üçün mənimsənilməsi, bir sözlə, talançı yanaşma nəticəsində müəssisələr iflas olmuşdu. İş yerləri bağlanmış, insanlar işsiz qalıb müflisləşmişdilər. Əldə olan vəsaitlə isə heç bir ərzaq almaq mümkün deyildi. Gündəlik tələbat məhsulu olan çörək də talonla verilirdi. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirildi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü”.
M.Ələsgərlinin sözlərinə görə, o zaman daxili işlər naziri insanları qanunsuz həbs edirdi. Məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırırdı:
"Belələrinin hədəfləri, qurbanları isə nə yazıq ki, sadə vətəndaşlar idilər.
Bütün bunların nəticəsi idi ki, insanların gözlərində "müstəqillik bu dimi?!” deyə heyrət dolu bir baxış yaranırdı. Yəni müstəqillik ideyası gözdən düşürdü. Bu baxımdan deyə bilərəm ki, Heydər Əliyev təkcə dövləti deyil, həm də insanların müstəqil dövlətçilik məfkurəsini, müstəqillik ideyalarını, ideallarını xilas etdi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan, insanları ruh düşkünlüyünə qapılmaqdan xilas etdi. Ölkədə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya