Hikmət Babaoğlu: "Bu, Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir”
13:36 17.02.2017
Arxiv
704
"Dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana çoxsaylı strateji dividentlər qazandıracaq”.
Bunu Sherg.az-a ABŞ-ın və Rusiyanın Silahlı Qüvvələrinin baş qərargah rəislərinin Bakıda baş tutacaq görüşünün nəticələri haqqında danışarkən siyasi elmlər doktoru, millət vəkili Hikmət Babaoğlu deyib:
"Belə bir mühüm görüşün məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl bu fakt dünya siyasətini müəyyənləşdirən iki böyük dövlətin Azərbaycana olan inamının və etimadını göstəricisidir. İkincisi Azərbaycanın hər iki ölkə ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Üçüncüsü, ölkəmizin beynəlxalq nüfuzunun və onun formalaşdırdığı real geostrateji gerçəkliyin yaratdığı şərtlərin tərəfdaşlıq üçün münbit, məqbul dialoq platformasının qəbul edilməsi reallığıdır.
Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Ona görə də bu, görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də sonunda Bakıda baş tutması dediyimiz məsələlərlə bağlıdır”.
H. Babaoğlu bildirib ki, bununla yanaşı Azərbaycan Prezidentinin ABŞ və Rusiya Federasiyasının prezidentləri ilə olduqca yaxşı münasibətlərinin mövcud olması, hər iki prezidentin Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul etməsi, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmələri qlobal hərbi-strateji əhəmiyyəti olan belə bir görüşün Bakıda keçirilməsini zəruri etmişdir:
"Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu quruma iki illik rəhbərliyi dövründə öz missiyasını və vəzifəsini uğurla yerinə yetirməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş imicini qazanması, regionda ən müxtəlif hərbi siyasi qütblərdə dayanan iki hərbi siyasi təşkilatlanmanın - NATO və KTMT maraqlarının uzlaşdırılmasında xüsusi rol oynaması, Rusiya Türkiyə münasibətlərinin normallaşmasında yaxından iştirak etməsi, eyni zamanda üçtərəfli formatda yeni əməkdaşlıq platformaları yaratması ölkəmizi tərəfdaşlıq üçün cazibədar hala gətirmişdir. Bu Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya