Hovuzlarda GÖRÜNMƏZ TƏHLÜKƏ var: DİQQƏT
11:33 27.06.2019
Arxiv
635
Xəbər verdiyimiz kimi, İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində çimərlik hovuzunda 16 nəfər xlor qazından zəhərlənib.
Bu barədə Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri və Səhiyyə, Müalicə Xidmətləri Universitetinin fövqəladə hallar üzrə mərkəzinin direktoru Baqir Bəhrami məlumat verib. O deyib ki, 16 nəfərdən 7-si azyaşlı uşaqlardır və hazırda zəhərlənənlərin dördünün vəziyyəti ağırdır.
Artıq Azərbaycanda da havaların isinməsilə əlaqədar insanlar dənizlərə, istirahət mərkəzlərinə yollanırlar. İstirahət mərkəzlərində olan hovuzlarda isə xlordan istifadə edilir. Bəs bu cür zəhərlənmə baş verərsə, bunun hansı fəsadları ola bilər? Eləcə də bundan qabaqcadan necə xəbərdar ola bilərik?
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən həkim-terapevt Rasif Bağırov bildirib ki, xlor hər hansı bir məhlulun tərkibində müəyyən miqdardan artıq olduqda fəsadlar yarada bilir:
"Eləcə də hovuzlarda xlor qazından istifadə edildikdə və onun miqdarı çox olduqda xüsusən də uşaqlar üçün bu təhlükəyə çevrilə bilər. Məsələn, bunun dəriyə, yuxarı tənəffüs yollarına, eləcə də mədə-bağırsağa təsiri çox böyükdür. Uşaqların dərisi və immuniteti daha həssas olduğu üçün bu onlarda daha pis təsir göstərir.
Xlor yuxarı tənəffüs yollarında qıcıqlanma yarada, xlorlu suyun orqanizmə daxil olması nəticəsində isə mədə-bağırsaq sistemində zəhərlənmə baş verə bilər”.
R.Bağırov əlavə edib ki, xlor suda həll olunmuş formada olsa da onun qoxusu hiss edilir:
"Həm də əgər hovuzda xlor qazından çox istifadə edilibsə, bunun mütləq qoxusu hiss edilməlidir. Bu cür hallarda həmin hovuzda və ya kənarında dayanmaq olmaz. Bundan başqa daha çox asmaya meyilli və ya asma xəstəsi olan, eləcə də allergiyası olan uşaqlar bununla bağlı çox diqqətli olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou