
İcra başçısı adamı söyür...
21:29 15.01.2016
Arxiv
755
Millət vəkili də onu müdafiə edir“O insan ola bilsin ki, əsəbi vəziyyətdə olub”
"Ən yaxşı variant olar ki, indi icra başçısı çalışsın ki, həmin adamın könlünü alsın”

Son iki günün əsas müzakirə mövzularından biri də Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin vətəndaşa "köpək oğlu” deməsi ətrafında yaranmış qalmaqaldır. Məsələyə aydınlıq gətirən icra başçısı söydüyü vətəndaşın öz qohumu olduğunu iddia edərək ərk etdiyini deyib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə icra başçısının yaranmış gərgin vəziyyətdə əsəblərinə hakim ola bilmədiyini qeyd edərək, bunun mətbuatda şişirdilməsinin tərəfdarı olmadığını bildirib: "İndi gərgin bir dövrdür, hamı əsəbidir. Cəbrayılın icra başçısı özü də köçkündür. Daim torpaqlarından didərgin düşən insanlarla təmasdadır. Ona görə də mən bu məsələyə xüsusi qiymət vermək istəmirəm. "Dövlət qulluqçusunun peşə etikası kodeksi” var. Dövlət qulluqçusunu, məmuru işə təyin edən rəhbərlər var, onlar özləri bilərlər nə edərlər. Belə məsələləri gəlin gərgin bir dövrdə hallandırmayaq. Mən özüm də bu xəbərləri saytlardan oxudum. Təbii ki, icra başçısının hərəkətlərini və eyni zamanda bu məsələyə kənardan başqa formalarda verilən şərhləri bəyənmirəm”. M.Quliyev məmurun vəzifə məsuliyyəti ilə yanaşı, mənəvi məsuliyyətinin də olduğunu vurğulayıb: "İstənilən halda ilk növbədə insan öz davranışına hər zaman diqqət etməlidir. Dövlət qulluqçusu, əgər onu vəzifəyə təyin edib, etimad göstərilibsə, belə məsələlərdə daha çox diqqətli olmalıdır. Qanun çərçivəsində və etikalı danışmaq məmurların borcu və vəzifəsidir. Bu, birmənalıdır. Digər tərəfdən, istər məmur, istərsə də rəhbər şəxs olsun, ona tapşırılan vəzifə ilə yanaşı, mənəvi və vicdan məsuliyyətinə də malik olmalıdır. Hər kəs emosiyalarını cilovlasa, yaxşı olar. Amma istənilən halda biz indiki gərgin vəziyyətdə müəyyən məsələlərə təpki verərək, bəzi strukturların işlərini poza bilərik. O insan ola bilsin ki, əsəbi vəziyyətdə olub. Ən yaxşı variant olar ki, indi icra başçısı çalışsın ki, həmin adamın könlünü alsın. Bu məsələlərin şişirdilib mübahisəyə
çıxarılmasının tərəfdarı deyiləm”. Şair Aqşin Yeniseyin qənaətincə, məmur və vətəndaş münasibətlərində təhqirə, fiziki alçaltmalara yol verilməsi, ayrı-ayrı adamların deyil, bütün ölkənin adına yazılır və heç cür gözyumulası hal deyil. Çünki vətəndaş cəmiyyəti, məmur dövləti təmsil edir: "Konkret hadisəyə gəldikdə isə bu barədə ən obyektiv münasibəti həmin icra başçısının mətbuata verdiyi açıqlamalarda görmək olar. Bu açıqlamalar onu göstərir ki, bizim belə məmurlar öz işlərini qanunlara görə deyil, xalqın xeyir-şər adətlərinə görə qururlar. İdarəçilik prinsipi ərk etmək, könül almaq, əhd-peyman bağlamaq olan bu adamlar haqqında ancaq yaxşı lətifə yazmaq olar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət