"İlk günki eşqlə": Davudoğlu ilə Merkel görüşündə maraqlı dialoqlar yaşanıb

Baş nazir Əhməd Davudoğlu ilə Almaniya baş naziri Angela Merkel görüşündə maraqlı dialoqlar yaşanıb...
Baş nazir Əhməd Davudoğlu Almaniya baş naziri Angela Merkeli Dolmabahçedəki Baş nazirlik Ofisinin qapısında qarşıladı. Avtomobildən enən Merkel, baş nazirə ilk olaraq yol boyunca gördüyü və üzərində Davudoğlunun şəkili olan "İlk günki eşqlə" yazılı afişanı soruşdu. Davudoğlu Merkelə "ilk günki eşqlə"nin nə anlama gəldiyini izah etdi.
ATATÜRK SUALI
Görüş üçün içəri girərkən  alman baş nazir Merkel,  Davudoğluna "Atatürkün həyatının son dövrünü keçirdiyi və həyatını itirdiyi Dolmabahçe Sarayı buramı" deyə soruşdu.(milliyet.com.tr)
Baş nazir Əhməd Davudoğlu, Atatürkün həyatını itirdiyi sarayın yan bina olduğunu, içində olduqları yerin  o dövrdə xidmətlilər tərəfindən istifadə edildiyini izah etdi. Davudoğu, xalqın xidmətində olduqlarını göstərmək üçün buranı xüsusilə Baş Nazirlik Ofisi olaraq seçdiklərini izah etdi.
Dolmabahçedəki Baş nazirlik İş Ofisində reallaşan Davudoğlu-Merkel görüşü təxminən bir saat 15 dəqiqə davam etdi. Danışıqlardan sonra Davudoğlu və Merkel, ofisin bağçasında və sahil hissəsində gəzintiyə çıxıb. Baş nazir Davudoğlu, alman həmkarına  İstanbul və tarixi yarımadanı izah etdi.