İlk üz nəqli reallaşdırılan fransız qadın öldü





Dünyada ilk üz nəqli reallaşdırılan fransız Isabelle Dinoire, həyatını itirib. Fransanın şimalındakı Amiens Universiteti xəstəxanası tərəfindən verilən açıqlamada, 49 yaşlı Dinoirenin aprel ayında bir xəstəlik üzündən həyatını itirdiyi, ancaq ailəsinin istəyi ilə bu zamana qədər ölüm xəbərinin ictimaiyyətə açıqlanmadığı ifadə edildi. Şərhdə, qadının üz nəqlinə bağlı bir sağlamlıq problemi üzündənmi, yoxsa başqa bir səbəbdənmi öldüyü mövzusunda isə məlumat verilmədi. İti tərəfindən üzünün tamamilə parçalanmasından sonra 2005-ci ildə fransız həkimlər Bernard Devauchelle və Jean-Michel Dubernard tərəfindən Dinoireyə dünyanın ilk üz nəqli edilmişdi. Bu əməliyyat, dünyadakı üz nəql əməliyyatları sahəsində bir ilk olaraq əhəmiyyət daşıyırdı.