İmişlidə bir günlük körpə doğuşdan sonra ölüb




İmişli sakini, 1996-cı il təvəllüdlü Hümbətova Elnurə Əvəz qızının sentyabrın 6-da dünyaya gətirdiyi körpə bir gün sonra dünyasını dəyişib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Tibbi ekspertizanın ilkin rəyinə əsasən uşaq ürək və ağciyər çatışmazlığından keçinib.
Faktla bağlı araşdırma aparılır.