Dünənəcən toylara baha qiymətlərə getdikləri ilə öyünürdülər
Vergilər Nazirliyinin sənət adamlarına ciddi nəzarəti, vergi ödəməyən, vergidən yayınan tanınmışların böyük məbləğlərdə cəriməsi müğənnilərin arasına elə bir küy salıb ki, hamı dad edir. Hətta az qala, "toyum yoxdu, mənə kömək edin” deyə özlərini zavallı göstərənlər də tapılır.
Hər halda əvvəllər sənət adamlarının toya baha qiymətə getməklə öyünüb, mətbuat səhifələrində, xəbər portallarında onların toy qiymətini yazanda "Mən 3000 minə yox, 5000 minə toy oxuyuram” deyirdilərsə, indi tam əksi yaşanır. Müğənnilər imkan qədər toy qiymətlərini gizli saxlamağa can atır, hətta toya gedən real qiymətdən daha az məbləği mətbuatda açıqlamağa üstünlük verirlər. Bu da vergidən yayınmaq, imkan qədər az vergi ödəmək məqsədi daşıyır. Hər
halda heç kim toya getdiyi məbləğin dəqiq qiymətini açıqlamaq istəmir. Hətta bəziləri ya toylarının olmamasını dilə gətirir, ya da qiymətləri aşağı saldığını söyləyir. Misal üçün, Xuraman Şuşalı artıq toylara ötənilkindən daha ucuz getdiyini mətbuata açıqlayıb. Belə müğənnilərin sayı da hər gün çoxalır. Belə getsə, deyəsən, müğənnilər "su” qiymətinə toya gedəcəklər. Hər halda inandırıcı səslənməsə də, vergidən qaçmaq üçün onların dediyi məbləğ bunu söyləyə əsas vermiş olur. Bəs görən, reallıqda tanınmışlar toya hazırda neçəyə gedir?
Sənət aləminin tanınmış simaları toy qiymətləri ilə bağlı ötən gün mətbuatda yayılan xəbərə etiraz edib.
Müğənnilər Yeni ildən toy qiymətlərini qaldırmadıqlarını bildiriblər.
Əməkdar artist Abbas Bağırov toya 13 min manata yox, daha ucuz qiymətə getdiyini bildirib. O, hətta el şənliklərinə getmədiyini, yaradıcılıq işləri ilə məşğul olduğunu deyib. Nəzərə çatdıraq ki, araşdırmamıza görə ötən il müğənni 15-16 minə toya gedirmiş.
Müğənni Ceyhun Əliyevin 4 minə getdiyi deyilsə də, o toya 4 min manata getmədiyini söyləyib: "Mən toya "Qala” qrupu ilə birlikdə gedirəm. Bunun üçün isə 4 min yox, 4500 manat alıram. Bəzi insanlar olur ki, məbləği aşağı istəyirlər. Onda təklif edirəm ki, özüm qrupsuz, xanım ifaçı ilə birlikdə gəlim. Bu qiymətə bütöv toy aparıram”.
6 minə toya getdiyi deyilən Ayaz Qasımov da bu məlumatı təsdiqləmədi. Müğənni Ayaz Qasımov toy qiymətində dəyişiklik etmədiyini bildirdi. O, bir toya 6 min manata getməsi xəbərinin yalan olduğunu vurğuladı.
Müğənni Emil Bədəlov isə toya 3 min manata gedib-getmədiyini açıqlamadı. Sənətçi onu da vurğulayıb ki, yeni ildə toy qiymətində heç bir dəyişiklik etməyib.
Müğənni Rüfət Axundov isə toya daha ucuz qiymətə getdiyini söylədi: "Qiyməti nə çoxaldıb, nə də azaltmışam. Bir qiymət deyirəm, müştəri endirim istəyəndə edirəm. Saytlarda toy qiymətimlə bağlı yazılan məbləğ yalandır. Əvvəl toy qiymətini dollarla deyirdik. Sonra manatla dedik, indi də dəyişməyib”.
Qeyd edək ki, ötən gün ifaçıların 2016-cı ildəki toy qiymətlərinin siyahısı sizlər üçün də maraqlı olar.
Abbas Bağırov - 13 000
Brilliant Dadaşova - 12 000
Ramal İsrafilov - 10 000
Nadir Qafarzadə - 10 000
Elton - 10 000
Xumar Qədimova - 9 000
Samir Piriyev - 9 000
Xatirə İslam - 8 000
Vasif Məhərrəmli - 8 000
Mətanət İsgəndərli - 8 000
Günay İbrahimli - 7 000
Ağadadaş Ağayev - 7 000
Rəqsanə İsmayılova - 7 000
Xəyyam Nisanov - 7 000
Könül Kərimova - 7 000
Zamiq Hüseynov - 7 000
Könül Xasıyeva - 7 000
Nüşabə Ələsgərli - 7 000
Eyyub Yaqubov - 7 000
Mətanət Əsədova - 7 000
Nazənin - 6 000
Elçin Cəfərov - 6 000
Ayaz Qasımov - 6 000
Manaf Ağayev - 5 000
Əflatun Qubadov - 5 000
Bahar Lətifqızı - 4 500
İzzət Bağırov - 4 500
"Qala” qrupu - 4 000
"Şeron” qrupu (Ülvü) - 4 000
Nazim Faytonçu - 4 000
Elvin Abdullayev - 3 000
Emil Bədəlov - 3 000
Mənsurə Musayeva - 4 000
Səməd Səmədov - 3 000
Əlikram Bayramov - 3 000
Rüfət Axundov - 3 000
Əbdül Xalid - 3 000
Elariz - 2 500
Cavanşir Məmmədov - 2 500
Tahirə