İnzibati binada yanğın baş verib




Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Səbail rayonunda ümumi sahəsi 480 m2 olan ikimərtəbəli inzibati binada baş verib.

 Nəticədə binanın dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə, 2-ci mərtəbəsindəki otağın tavanı 21 m2 və arakəsmə divarı 2 m2 sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təxliyə olunub. Digər otaqlar və sexin qalan hissəsi yanğından mühafizə olunub.