İpoteka kreditləri yeni əsasda veriləcək

Bu barədə Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib






Ən geci gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək. ANS PRESS-in məlumatına görə , bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
E.Rüstəmov bildirib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır. İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq.
Bu barədə bir Maliyyə naziri Samir Şərifov da məlumat vermişdi.