İran gəmisi Azərbaycan sularında texniki nasazlığa görə batıb
06:41 27.07.2019
Arxiv
572
Xəzər dənizində Azərbaycanın Lənkəran limanı yaxınlığında İranın "Şəbahəng" quru yük gəmisi texniki nasazlığa görə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bunu İranın Limanlar və Dənizçilik Təşkilatının təhlükəsizlik və dəniz mühafizəsi idarəsinin baş direktoru Əlirza Xocəstə deyib.
Ə.Xocəstənin sözlərinə görə, hadisənin ilkin səbəbi gəmiyə suyun dolması göstərilib: "Lakin təşkilatın hadisələrin araşdırılması üzrə komitəsi ekipaj heyətinin açıqlamasına əsasən rəy verməlidir".
Ə.Xocəstə bildirib ki, özəl sektora aid "Şəbahəng" gəmisi 900 ton keramika və kaşını İranın Ənzəli limanından Rusiyanın Maxaçqala limanına aparırmış. Onun sözlərinə, Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşlarının xilas etdiyi gəminin ekipaj heyətinin 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşı olub.
Təşkilat rəsmisi bildirib ki, ekipaj heyətinin 1-2 gün ərzində İrana dönəcəyi gözlənilir.
Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
“Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət ekipajını tam heyətlə xilas edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat