İran Qarabağ münaqişəsinin həllinə kömək edə bilməz
19:59 25.01.2016
Arxiv
581
Onlar həmişə Ermənipərəst mövqedə dayanıb
"Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən böhranın yayılmasının qarşısını almağa və ixtilafın həllinə çalışıb”.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bildirib. Onun sözlərinə görə, keçmişə nəzər salsaq, görərik ki, İran həssas vaxtlarda qonşu ölkələr Azərbaycan və Ermənistan arasındakı ixtilafın qarşısını almağa çalışıb: "Hazırda Azərbaycan və Ermənistan istəyərsə, İran bu münaqişənin həllində rol almağa və vasitəçilik etməyə hazırdır”.
XİN sözçüsünün açıqlamasını şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı isə bu məsələdə cənub qonşumuzun sanballı təsirinin olduğuna inanmır. O, "Şərq”ə söyləyib ki, Ermənistan öz siyasətində bir sıra ölkələrə söykənib və onlarla əməkdaşlıq edir: "Birdəki düşmən ölkənin Qarabağ məsələsində əsas silahı erməni diasporudur. O diaspor nəinki İranın təklifini qəbul edər, heç Ermənistan dövlətinin özünün fikirləri ilə hesablaşmır. Belə olan halda rəsmi Tehranın nəsə ciddi bir iş görəcəyinə inanmıram. Cənub qonşumuz sadəcə danışıqlar prosesinə qatıla bilər”.
Təşkilat sədri onu da diqqətə çatdırıb ki, Cənub qonşumuz özünü təsir gücü olan beynəlxalq qüvvə kimi göstərməyə çalışır: "Məlum bəyanat da daha çox özünü reklam xarakteri daşıyır. Amma burada İranlıq bir iş yoxdur. İndiyə qədər olan proseslər göstərir ki, İran sözügedən münaqişədə heç vaxt Azərbaycanın mövqeyini ciddi şəkildə müdafiə etməyib. Həmişə daha çox
Ermənipərəst mövqedə dayanıb. Gərək İran əvvəlcə öz mövqeyini müəyyənləşdirsin və bundan sonra belə bəyanatlar versin”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi