İran Suriyada RAKET ZAVODU TİKİR - "Lefigaro" yazır





İsarilin ikinci dövlət televiziyası olan "Aroutz 2" Suriyanın şimal- qərbində tikilməkdə olan bir zavod barədə reportaj hazırlayıb. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, reportajda həmin zavodun İran tərəfindən inşa olunması və orada uzağı vuran raketlərin hazırlandığı qeyd olunur. 

Çünki artıq ABŞ- ın yeni sanksiyalarından sonra Tehran nüvə sazişinin şərtlərindən imtina edəcəyini bildirib. 


Xəbərdə o da deyilir ki, həmin zavod Banisyan şəhəri yaxınlığında, Aralıq dənizi sahilində Latakie və Tartus arasında tikilir. 

Reportaj müəllifi onu da vurğulayıb ki, sözügedən zavod Tehran yaxınlığındakı raket istehsal edən zavoda çox bənzəyir. 

Yazıda bu məsələnin İsraili ciddi narahat etdiyi qeyd olunur. 

Hətta İsrailin baş naziri Benyamin Netanyahu ötən həftə İranın Suriyadakı proseslərdə yaxından iştirakına nararahatlığını ifadə etmişdi. Və o bildirmişdi ki, tehran deyil, məhz Təl-Əviv Suriyada vəziyyəti səngitmək üçün əlindən gələni əsirgəməyəcək. 

Qeyd edək ki. 2015-ci ildə İran 8 illik nüvə sazişi imzalayıb və bu sazişə əsasən Tehran nüvə raketlərinin istehsalının məhdudlaşdırılması öhdəliyini götürüb. Buna rəğmən ABŞ-ın yeni sanksiyalarından sonra İran bu sazişin şərtlərinə əməl etməkdən imtina edib. 

Tərücmə etdi: Ayyət ƏHMƏD