İrandakı etiraz aksiyaları nəzarətdədir
08:08 28.06.2018
Arxiv
446
“Proseslər Ruhaninin istefasına səbəb olmayacaq”
Paytaxt Tehran daxil olmaqla İranın bir çox şəhərində əhali hökumətə etiraz olaraq küçələrə axışıb. Etirazların səbəbi ölkədəki iqtisadi problemlər və dolların bahalaşmasıdır. "Diktatora ölüm” şüarları ilə keçrilən mitinqlər zamanı polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. İran polisi parlamentə doğru irəliləyən nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.
Parlament sədrinin müavini hökuməti fövqəladə vəziyyət elan etməyə çağırıb. Aksiyaların əsas səbəbi kimi İranın pul vahidi olan rialın dollar qarşısında həddindən artıq ucuzlaşması göstərilir. Qısa zaman ərzində dollar 4 min rialdan 7 min 500 riala qədər yüksəlib. "Tehran Böyük Bazarı”nın tacirləri etiraz olaraq tətilə çıxıblar və dükanlarını bağlayıblar. "100 min riala dollar istəmirik!”, "Suriyanı burax, bizim vəziyyətimizə bax!” şüarlarının səsləndiyi etiraz aksiyalarında tacirlər və kiçik sahibkarlar Həsən Ruhani hökumətindən ölkəni maliyyə böhranından çıxarmaq üçün addımlar atmağı tələb ediblər. Ölkənin ali rəhbəri Xameneyinin hərbi sözçüsü, general Yəhya Rəhim Səvəfi də Ruhani hökumətini sərt şəkildə tənqid edib. Hökumətin xalqın problemləri ilə məşğul olmadığını və nəticədə xalqın narazılığına səbəb olduğunu deyən Səfəvi bəzi qrupların vəziyyəti dini rejimin əleyhinə çevirmək istədiyini bildirib.
Cənub qonşumuzdakı vəziyyəti şərh edən politoloq Tofiq Abbasov "Şərq”ə açıqlamasında deyib ki, hazırkı proseslər Ruhaninin istefasına səbəb ola bilməz. Onun sözlərinə görə, etirazların Qərbdən qaynaqlandığını iddia edən rejim proseslərə ciddi nəzarət edir:
"Bir müddət əvvəl İranda küçə iğtişaşları baş verəndə Tehran hökuməti olaylara soyuqqanlıqla nəzarət etdi və üç-dörd gün ərzində aksiyalara qarşı tədbir görmədi. Dörd gün sonra bir neçə yerdə mitinq iştirakçılarına güc tətbiq edildi. Bəlli oldu ki, İranda vəziyyəti qarışdırmaqdan və rejimi dəyişdirməkdən ötrü Qərb ölkələrinin regiondakı müttəfiqləri İraqın mərkəzində anti-İran qərargahı yaradıblar. İran rejiminin ideoloji düşmənlərinin, şahpərəstlərin və solçu mücahidlərin toplandığı həmin qərargahda farsların etiraz aksiyaları yönləndirilirmiş. Deyilənə görə, hətta solçu mücahidlər təşkilatının rəhbəri şəxsən orada olub. İqtisadi problemlərə rəğmən indiki aksiyaların da müvafiq dairələrdən idarə olunduğu ehtimal edilir”.
Analitik bildirib ki, son aylar Qərb ölkələri İrana qarşı ciddi kampaniya aparır. Kampaniyanın içində həm iqtisadi, həm də hərbi təbliğat var:
"ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyaların əsas məqsədi daxildəki vəziyyəti çalxalayaraq, iqtisadi durumu pisləşdirmək və rejimə qarşı narazılığı artırmaqdır. Hesab edirlər ki, yalnız bu halda iranlıları Tehran hökumətinə qarşı üsyana sövq etmək mümkündür. Düzdür, İranda iqtisadi vəziyyət ağırlaşmağa doğru gedir, rial dollara nisbətən dəyərsizləşir. Amma bu, hər şeyin sonu deyil. Çünki İrana qarşı yeridilən siyasət digər ölkələrə də tətbiq edilir. Türkiyədə də eyni prosesə start verilib. Qərb mediası İranda, Türkiyədə milli valyutanın sürətlə dəyərdən düşdüyünü, ölkədə gərgin iqtisadi vəziyyətin formalaşdığını tirajlayır. Bütün bunlar bilərəkdən edilir. Məqsəd xalq kütlələrini rejimə qarşı çıxmağa yönləndirməkdir. Lakin Tehran hökuməti ölkədəki proseslərə güclü nəzarət etdiyi üçün vəziyyətin gərginləşməsinə imkan verməyəcək. Yaxın günlərdə Ruhani hökumətinin etirazlarla bağlı xüsusi tədbirləri olacaq. Prezidentin istefası reallıqdan uzaq məsələdir. Əhalinin sosial rifahının aşağı olmasına baxmayaraq, rejimin əlində kifayət qədər iqtisadi rezervlər var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət