Neçə gündür ki, İranda etiraz aksiyası keçirilir. Milli valyutanın dollar qarşısında dəyərdən düşməsi, eləcə də bir sıra mallara İran hökumətinin tətbiq etdiyi qadağalar və bu fonda tacirlərin etirazları həmin məhdudiyyət və sanksiyaların nəticəsidir. Beləliklə də, İranın bu sanksiyalara uzun müddət dözəcəyi gözlənilmir. Əvvələr də İran hakimiyyəti sanksiyalara dözəcəyini bildirirdi. Amma vəziyyət günü-gündən ağırlaşdı. Bunun nəticəsində də İran Qərb və ABŞ-la danışıqlara getməyə məcbur oldu. İranın yenidən danışıqlar masası arxasında oturacağı uzaqda deyil. Bunun üçün İran ABŞ-ın bir sıra şərtlərinə razılıq verməlidir.
"İrandakı proses hökumət böhranı ilə nəticələnəcək" - ABŞ "əl" qoyub
11:18 28.06.2018
Arxiv
484
" Bu dəfə İran ABŞ-ın yeni sanksiyalarına tab gətirə bilməyəcək”
Bu sözləri "Sherg.az”a ABŞ-ın öz müttəfiqlərinə "İrandan neft idxalını azaldın" tələbini şərh edərkən politoloq Sədrəddin Soltan söyləyib.
Onun qənaətincə, İrana qarşı ABŞ əvvəllər də belə bir addımlar atıb:
"2015-ci ilin 15 iyulunda müttəfiq ölkələrlə İran arasında Tehran Nüvə Proqramı ilə bağlı qəbul edilmiş sazişdən öncə də ABŞ müttəfiqlərinə İrandan neft və qaz məhsullarını idxal etməməyi və bank əməliyyatlarını dayandırmağı tövsiyə edib. Həmçinin müttəfiq dövlətlər də ABŞ-ın bu çağrışına razılıq verdilər. Mayın ayının 12-də ABŞ-ın İranın nüvə proqramı sazişindən çıxması an həmin sanksiyaları müttəfiqlərə qadağaları yenidən bərpa olundu. Odur ki, həmin o sanksiyaların, qadağa və məhdudiyyətlərin təsiri İranda hələ də görünməkdədir.
Neçə gündür ki, İranda etiraz aksiyası keçirilir. Milli valyutanın dollar qarşısında dəyərdən düşməsi, eləcə də bir sıra mallara İran hökumətinin tətbiq etdiyi qadağalar və bu fonda tacirlərin etirazları həmin məhdudiyyət və sanksiyaların nəticəsidir. Beləliklə də, İranın bu sanksiyalara uzun müddət dözəcəyi gözlənilmir. Əvvələr də İran hakimiyyəti sanksiyalara dözəcəyini bildirirdi. Amma vəziyyət günü-gündən ağırlaşdı. Bunun nəticəsində də İran Qərb və ABŞ-la danışıqlara getməyə məcbur oldu. İranın yenidən danışıqlar masası arxasında oturacağı uzaqda deyil. Bunun üçün İran ABŞ-ın bir sıra şərtlərinə razılıq verməlidir. Bunlardan biri də İranın atom nüvə sahəsindəki fəaliyyəti təmamilə şəffaf olmalıdır. Ölkədə insan haqlarının təmin edilməlidir. Suriya, Yəmən, Bəhreyn, BƏƏ, Livan və Fələstində seprataçı kimi fəaliyyət göstərməməlidir. Terorçuluğu dəstəkləməməlidir. ABŞ-ın İranla tələbləri qarşılığında İranla yenidən masa axrasında otursa, sanksiyalar yumuşaldıla və ya məhv oluna bilər. Nə qədər ki, bu şərtlər təmin olunmayıb İrana qarşı təzyiqlər getdikcə artacaq.
Noyabr ayına qədər ABŞ-ın müttəfiqləri ona cavab verəcək. İranın bu sanksiyalara uzun meddət dözəcəyinə inanmıram. İranda artıq hökumət böhranı yaranmağa başlayıb. Hökumət böhranının yaranması hakimiyyətə qarşı çıxışlardan, etirazlardan bilinir. Hakimiyyətin ən yüksək eşalonunda hökumət ciddi şəkildə tənqid olunur. Müzakirələrlə bağlı Həsən Ruhaniyə iradlar bildirilir. İranda baş verən indiki hadisələrdən anlamaq olur ki, proses ciddi hökumət böhranı ilə nəticələnəcək. Hökumətin yenilənməsi və yaxud hökumətin istefası baş başutacaq.
Qeyd edək ki, ABŞ müttəfiq ölkələrdən İrandan neft idxalını cari ilin noyabrın 4-dək azaltmağı tələb edib. Bunu ABŞ Dövlət Departamentin yüksək vəzifəli məmuru bildirib. O xatırladıb ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı sanksiyaların ilk hissəsi tətbiq olunacaq. Dövlət Departamentin nümayəndəsi bildirib ki, bu tələbə əməl etməyən ölkələr ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşərlər.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət