İrandan etiraz: "Beynəlxalq hüquq açıq şəkildə pozulub"




"ABŞ və müttəfiqlərinin Suriyaya qarşı təcavüzü beynəlxalq hüquq normalarının açıq pozuntusu və Suriyanın milli suverenliyinin, ərazi bütövlüyünün inkar olunması deməkdir”.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN-in açıqlamasında deyilir.

XİN-dən bildirilib ki, ABŞ və müttəfiqləri Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının missiyasının apardığı araşdırmanın nəticələrini gözləmədən zərbə endiriblər: "Özlərini dünya hakimi sayan bu dövlətlər öz hərbi fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Bu hücum bölgədə vəziyyətin daha da gərginləşməsinə, terrorçuluğun möhkəmlənməsinə səbəb olacaq”.