"İraq Kürdüstanının müstəqilliyinə dair referendum vətəndaş müharibəsinə səbəb olacaq"

Mövlud Çavuşoğlu: " Ankara bu referendumu "səhv addım" və "İraqın ərazi bütövlüyünə təhdid" kimi qiymətləndirir. Türkiyə sərhəddində belə bir dövlətin olmasına qarşı çıxır "


Bu ilin Sentyabrın 25-də İraq Kürdüstanının müstəqilliyinə dair referendum baş tutarsa, bu, İrakda vətəndaş müharibəsində səbəb olacaq". 

"Sherg.az" "fr.euronews.com"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

XİN rəhbəri qeyd edib ki, İraq məlum referendumu keçirməklə yalnız vəziyyəti kəskinləşdirir və bu, qanlı vətəndaş qarşıdurmasına qədər gəlib çıxa bilər: " 

Bir qayda olaraq Ankara bu referendumu "səhv addım" və "İraqın ərazi bütövlüyünə təhdid" kimi qiymətləndirir. İraq kürdlərinin lideri Məsud Bərzani ilə danışıqların olmasına baxmayaraq Türkiyə sərhəddində belə bir dövlətin olmasına qarşı çıxır. Biz 1984-cü ildən öz ərazilərimizdə kürd separatçılarının yırtıcı davranışlarının qarşısını almaq üçün mübarizə aparırıq. 
Və bu mübarizədə indiyə qədər 40000 insan həlak olub. 

Eyni zamanda 2016-cı ilin avqutundan Suriyanın şimalında İŞİD-ə qarşı silahlı əməliyyatlara başladıq. Bu addımı atmaqda məqsədimiz həm də İŞİD-lə birləşən Suriya kürdlərinə qarşı mübarizə aparmaq idi. Onlar region üçün ciddi təhlhükə mənbəyidir.  Biz onları terrorçu kimi dəyərləndiririk. Bir daha qeyd edirəm ki, Türkiyə İrak Kürdüstanının müstəqilliyinə dair keçiriləcək referendumun əleyhinədir və bunu İraq dövlətinin varlığı üçün təhlükə hesab edir".

Tırcümə etdi: Ayyət ƏHMƏD