İraq parlamenti Kürdüstanın müstəqilliyinə dair referendumun əleyhinə...




İraq parlamenti Kürdüstanın müstəqilliyinə dair referendumun əleyhinə səs verib.

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, parlamentin rəhbəri Səlim Əl-Juburi bəyan edib ki, 80 deputat bu referendumun əleyhinə çıxaraq İraqın və iraq xalqının birliyinin qorunmasını tələb ediblər. 

Onlar baş nazirdən ölkənin birliyi qorumaq və xalqın həmrəylinin müdafiə etmək üçün lazımi ölçülər götürülməsini tələb ediblər. 

Qeyd edək ki, Kürdüstanın prezidenti Məsud Bərzani  sentyabrın 25 - də Kürdüstanın özünümüəyyən etməsinə dair referendum keçirəcəklərini bəyan edib. 


Ayyət ƏHMƏD