Yevlaxda kanaldan kişi meyiti tapıldı

Yevlaxda kanaldan kişi meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü qəsəbə sakini Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkar edilib.

İlkin məlumata görə, o, içkili vəziyyətdə olarkən kanala yıxılıb.

Faktla bağlı araşdırma aparılır.