İrəvan yenə "qaynayır" - Etirazçılar şəhər meriyasına daxil oldular




Ermənistanın paytaxtı Yerevan səhər saatlarından başlayaraq yenə etiraz aksiyaları ilə "silkələnir".

"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, paytaxt küçələrinə axışan etirazçılar bu dəfə Yerevan merinin istefasını tələb edirlər.

Hazırda etirazçıların şəhər administrasiyasının binasına daxil olduqları bildirilir.