İsrail Qəzzanı bombaladı





İsrail aviasiyası Qəzza zolağında bir neçə obyektə zərbələr endirib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Hərbi təyyarələr üç sahədə HƏMAS qruplaşmasına məxsus 10-dək hədəfə zərbələr endirib.

Məlumata görə, zərbələr fələstinlilərin raket atmasına cavab olaraq endirilib.


Dağıdılmış hədəflər arasında silahların istehsalı və saxlanılması üzrə iki obyektin və bir hərbi təyinatlı tikilinin olduğu bildirilir.