İstanbulda böyük şok: 8 ölü

İstanbulda saxta içkidən zəhərlənərək həyatını itirənlərin sayı 8-ə çatdı. Reanimasiyada çox sayda adam olduğu öyrənildi.
Polisin apardığı  əməliyyatda, bu ana qədər saxta içki istehsalı və satışına adı qarışan 7 adamı nəzarətə aldı. Şübhəlilərin sorğusu Cinayət Büro Komandirliyində aparılır.
Məlumata görə, Fateh mahalında son 3 gün içində çox sayda adamın huşunu itirmə, şiddətli qarın ağrısı, qusma və görmə zəifliyi kimi əlamətlərlə xəstəxanalara çatdırılmasından sonra polis hərəkətə keçdi. Xəstəxanaların təcili xidmətlərinə çox ağır vəziyyətdə gətirilən kəslərdən 8-nin həyatını itirdiyi, onlarla adamın da reanimasiya xidmətlərində müalicə aldığı ifadə edildi.
ŞÜŞƏLƏRİN İÇİNDƏ NƏ OLDUĞU ARAŞDIRILIR
Cinayət Büro Komandirliyi tərəfindən hadisə ilə əlaqədar başladılan istintaqda, bəzi kəslərin 35 faizli rakıları 5 lirədən satdıqları təsbit edildi. Saxta içkiləri satışa çıxardıqları iddia edilən 7 nəftr nəzarətə alındı. Asayiş Şöbə Müdirliyinə gətirilən şübhəlilərin sorğusu davam edir.
ÖLÜ SAYI ARTA BİLƏR
Təhlükəsizlik səlahiyyətliləri, ələ keçərilən saxta içki nümunələrini araşdırılmaq üzrə Ədli Tibbə göndərildiyini açıqladı.
Səlahiyyətlilər, hələ də müalicəsi davam edən və vəziyyəti ağır olanların olduğunu vurğulayaraq, ölü sayının artmasından narahatlıq keçirdiklərini ifadə etdi.