"İstanbulda məktəbin divarına Mübariz İbrahimovun rəsmi çəkilib" - Qəhrəmanlıq simvolu




Türkiyənin İstanbul şəhərindəki bir məktəbin divarına Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun rəsmi çəkilib.

"Sherg.az" xəbər verir ki, bu rəsm Feysbuk sosial şəbəkəsindəki "Türkazder Türkiye Azerbaycan Derneği" səhifəsindən paylaşılıb. 

Qeyd edək ki, rəsmlə bağlı çoxsaylı şərhlər yazılıb. Əksər türk vətəndaşları qeyd edib ki, M.İbrahimov göstərdiyi hünər və rəşadəti ilə öz rəsmini insanların ürəklərinə həkk edib, o  Türkiyə və Azərbaycan cəmiyyətində bir qəhrəmanlıq simvoluna çevrilib. 

Azərbaycanlı istifadəçilər isə bu addımı Türkiyə-Azərbaycan qardaşlığının təcəssümü kimi dəyərləndirib.


Ayyət Əhməd