İstanbulda yenə şok yaşandı

Polis idarəsinə silahlı hücum törədilib, ölən və yaralanan var
Üzərində partlayıcı qurğu və silah olan terrorçu qadın öldürülüb

İstanbulun Vətən prospektində yerləşən polis idarəsinə silahlı hücum olub. Atışma zamanı hücum edənlərdən bir nəfər öldürülüb.
Məlumata görə, idarəyə yaxınlaşan bir qadın və iki kişi binanın girişindəki nəzarət məntəqəsində olan təhlükəsizlik əməkdaşlarına atəş açıblar. Təhlükəsizlik əməkdaşlarının açdığı cavab atəşi nəticəsində hücumda iştirak edən qadın məhv edilib, digər iki terrorçu isə hadisə yerindən qaçıb. Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilir. "Doğan” xəbər agentliyi atışma zamanı iki polisin yaralandığını bildirib. Hadisə yerinə aparan yollar nəzarətə götürülüb. Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub. İstanbul valisi Vasip Şahin hücumun bir qadın və iki kişi tərəfindən törədildiyini təsdiqləyib. Onun sözlərinə görə, atışma nəticəsində üzərində partlayıcı qurğu və silahın olduğu terrorçu qadın öldürülüb: "Digər silahlılar yaralanaraq hadisə yerindən qaçıb. Atışma zamanı bir polis yüngül yaralanıb”.
1 polisin yaralandığı atışma zamanı silahlılardan biri də yaralı halda tutulub. Polisdən verilən məlumatda deyilir ki, silahlılar Polis İdarəsinə avtomobildən atəş açmağa başlayıb. Onların avtomatdan polislərə atəş açıb. 15 dəqiqə çəkən atışmadan sonra terrorçular zərərsizləşdirilsə də, Polis İdarəsinin yerləşdiyi Vətən Prospektində tıxac yaranıb. Öldürülən qadın terrorçunun üzərində bomba olub. Yaralı terrorçu hadisə yerində qaçmaq istəsə də polisin helikopterlə başladığı əməliyyat sonunda yaxalanıb.
Terrorçuların PKK-ya bağlı solçu qrup üzvü olduğu bildirilir.