İstirahət günləri yol qəzaları: 3 ölü, 16 yaralı




İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.