İti yoxa çıxmışdı: 5 yaşlı qız sevdiyi heyvanı küçədə ayaqları kəsilmiş və qızardılmış halda tapdı





Vyetnamda 5 yaşlı kiçik qız Flover- yəni "Çiçək” adını verdiyi itini bir neçə gün əvvəl itirdi. İtini hər yerdə axtaran, ancaq tapa bilməyən qız itini küçə yeməkləri satılan bir bazarda, qızardılmış halda satılan bir yemək olaraq tapdı.

İtini görər-görməz göz yaşları içində boğulan qızın itinin hələ başını oxşadığı bu fotoşəkilsə ictimai mediada böyük əks-səda yaratdı.

İt əti yemək Vyetnam və Şərqi Asiya ölkələrində çox normal bir vərdiş olsa da, kiçik qızın çox sevdiyi ev itinini hansı şəraitdə oğurlanıb küçədə qızardılmış yemək olaraq satıldığı bilinmir.