İtkin neftçinin meyitini Türkmənistan sahillərində Azərbaycan gəmisi tapıb - FHN - YENİLƏNİB
12:50 11.01.2016
Arxiv
319
Nazirliyinin təyyarəsi neftçinin meyitinin ölkəyə gətirilməsi üçün yola çıxıb
Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Türkəmənistanda tapılan neftçinin meyitinin ölkəyə gətirilməsi üçün yola çıxıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilib.
Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus "Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Caspian Roşan” gəmisinə məlumat ötürülübvə cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır. Cəsədin üzərində olan xisusi qeyimdə "AZ SOCAR” yazısı müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
****
İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb.
SOCAR-dan Lent.az-a verilən məlumata görə, yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Fövqəladə Hallar Nazirliyinin və "Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və ölkəyə gətirilməsi üçün tədbirlər görülür.
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat