"İTV-də kadr islahatları aparılacaq" - Baş direktor





"Müasir Azərbaycana müasir televiziya lazımdır. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

APA-nın xəbərinə görə, bunu İTV-nin yeni seçilmiş baş direktoru Balakişi Qasımov deyib.

Onun sözlərinə görə, telekanalda kadr islahatları gözlənilir: "Lakin çalışmaq istəyən, çalışmağı bacaran insanlar narahat olmasınlar".


B. Qasımov qeyd edib ki, bütün planları həyata keçirmək üçün müəyyən vaxt lazım olacaq: "Ancaq qısa müddətdə tamaşaçılar dəyişiklikləri hiss edəcəklər".