İTV-nin ikinci şəxsi istefa verdi: yerinə namizəd var
12:32 05.06.2018
Arxiv
419
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib.
"Sherg.az"bakupost-a istinadən xəbər verir ki, o, dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.
Məlumat üçün bildirək ki, H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub.
TV-nin yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Əldə olunan məlumata görə, TV-nin işçisi, yeni rəhbərliyin "Carçı" xəbərlər departamentinə nəzarəti həvalə etdiyi Murad Hüseynov, hələ ki, bu posta yeganə namizəddir.
Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasından sonra onun baş direktorun müavini vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.
Ümumiyyətlə isə, İTV-nin baş direktorluğu vəzifəsini müvəqqəti icra etməyə başladığı gündən Balakişi Qasımov Murad Hüseynova yüksək etimad göstərib.
O, Yayım Şurasının seçimləri rəsmi elan etdiyi günə qədər özündən sonra ən yüksək səlahiyyətləri məhz M. Hüseynova verib. TV-də edilən islahatlardan tutmuş kadr dəyişikliklərinə kimi bütün işlərə adıçəkilən şəxs nəzarət edir.
Görünür, B. Qasımov rəsmən baş direktor elan edildikdən sonra isə onu öz müavini kimi görmək istəyib və namizədliyini irəli sürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya